Xəbər lenti

Mayın 13-də 2018-2019-cu tədris ili üçün ali məktəblərə II və III qruplar üzrə keçirilən imtahanların nətciləri geniş müzakirə olunur.  Xatırladaq ki,  imtahanlar zamanı abituryentlərin 48 faizə qədəri 0-200 bal toplayıb. İki qrup üzər 7 abituryent onlara təqdim edilmiş bütün suallara doğru cavab verərək maksumum, 700 bal tolplayıb.

Təhsil eksperti Kamran Əsədov Strateq.az saytına müsahibəsində imtahanın nəticlərini, təhsil sahəsində həyata keçirilən dəyişikliklərə rəğmən, keyfiyyətdə irəliləyişlərin olmamasının səbəblərini, vəziyyətdən çıxş yolları ilə bağlı sualları cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirik:

-Kamran bəy, bu il ali məktəblərə ilk qəbul imtahanından çıxan  nəticələr nədən xəbər verir?

-1992-ci ildən ali məktəblərə qəbul imtahanları ənənəvi test üsulu ilə həyata keçrilir. Artıq 26 ildir ki, heç bir kənar müdaxilə olmadan, obyektiv və  şəffaf üsulla hər kəsin ali məktəblərə qəbul olmasına imkan yaradılıb. Lakin 26 ildir ki, qəbul imtahanından sonra imtahanda iştirak edənlərin göstərdiyi nəticələrdə kəskin artım yoxdur. Belə ki, 1992-ci ildə də 200 – balla ali məktəblərə qəbul olmaq mümkün idi, 2018-ci ilıdə də bu, mümkündür.

Bu il ənənəvi üsulla soununcu dəfə qəbul imtahanları keçiriləcək. 2019-cu ildən isə tamamilə yeni formatda ali məktəblərə qəbul imtahanları aparılacaq.

Əlbətdə, hər il imtahanlardan iştirak edənlərin 50 faizə yaxını keçid balını toplaya bilmir. Onların göstərdiyi nəticələr 0 – 200 bal arası olur. Bunun səbəbi şagirdlərin imtahanlara ciddi hazırlaşmaması ilə bağlıdır. 7 abituryent isə onlara təqdim edilmiş bütün suallara doğru cavab verərək maksumum, 700 bal toplayıb. Bu o deməkdir ki, cari ildə qəbul imtahanlarında yüksək nəticə göstərəcək abituryentlərin sayı əvvəlki illərdən çox olacaq.

-Uzun müddətdir ki, qəbul göstəricilərində mənzərə çox az fərqlə dəyişir. Amma Təhsil Nazirliyində kifayət qədər dəyişikliklər olub. İdarəetmədəki yeniliklər təhsilin göstəricilərinə niyə yansımır?

-Təhsil, təhsili bilənlər, bu sahədə təcrübəsi olanlar tərəfindən idarə olunmalıdır. Təhsil sistemi laboratoriya deyil ki, hər dəfə yuxuda gördüyün bir şeyi təcrübədən keçirəsən. Təhsil sistemi ölkədə əhatə dairəsinə görə ən böyük kütləni toplayan sahədir. Belə ki, 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır və onlara 151 min müəllim təhsil verir. 54 ali təhsil müəssisəmizdə 164 min tələbəyə 25 min müəllim elmin sirlərini öyrədir. Rəqəmlərə baxdıqda görürük ki, ölkə əhalisinin böyük faizi birbaşa təhsil prosesinin aktiv iştirakçısıdır. Lakin təhsil sistemində həyata keçrilən islahatlar formal xarakter daşıdığı, heç bir elmi əsası olmadığı, praktiki yoxlanılmadığı üçün sadəcə olaraq vəsait itkisinə xidmət edir. Təhsil sistemi qısa müddətdə tez-tez dəyişikliyi sevmir. Uzun müddətli qaydalar müəyyən olunmalıdr ki, insanlar buna vərdiş etsinlər, öyrənib mənimsəsinlər. Təhsil Nazirliyi sistemində aparılan srtuktur və kadr dəyişikliyi formal xarakter daşıyır.

-Orta məktəblərin yuxarı sinflərində artıq tədrisin keyfiyyəti aşağı düşür. Oxumaq istəyən şagirdlər repetitor yanına, müəllimlər isə qazanclı repetitorluğa gedirlər. Yerdə qalan çoxluq demək olar ki, təhsildən kənarda qalır və nəticədə belə mənzərə yaranır. Dövlət bu vəziyyəti dəyişmək üçün niyə müdaxilə etmir?

-Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Əslində, təhsildə kütləvi şəkildə repetitorluq  modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi vəsait xərclənməs və prosesin valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər hazırlığa gedə bilmədikləri, digər abituryentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm də məktəb dərsin keyfiyyətinə fikir versin.

-Son illər repetitora müraciət edənlərin sayında hiss olunacaq dərəcədə azalma var…

-Bunun əsas səbəbi müəllimlərin tələb etdikləri xidmət haqlarının yüksək olmasıdır. Yəni, illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət təklif edirlər. Valideynlər isə daha az vəsaitə başa gələn variantlara meyl edirlər. İki repetitora 200 manat verməkdənsə, uşağı 5 fəndən kursa göndərərək, tədris mərkəzinə iki repetitora ödənilə pul qədər vəsait xərcələyir. Bundan başqa, son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər. Onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar. Daha sonra şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedirlər. Nəticədə şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, onların dünya görüşləri zəif inkişaf edir. Bu da gələcəkdə şagirdlərin iş fəaliyyətində problemlər yarada bilər.

-Kamran bəy, hər il təxminən nə qədər orta məktəb məzunu təhsildən kənarda qalır? Ali məkətblərin qəbul planı, orta ixtisas təhsil müəssisələrinə və xaricə təhsil arxasınca gedənləri çıxsaq, qalan məzunların sayı təxminən nə qədərdir? Qərb təcrübəsində dövlət onları necə istiqamətləndirir?

-Hər il orta məktənləri 90 minə yaxın şagird bitirir. Onlarln 70 faizə qədəri ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edir. Ali məktəblərə qəbul plan yeri isə 40 minə yaxındır. Elə ilk baxışda 50 minə qədər məzunun tələbə adını qazanmadığı ortaya çıxır.

Bundan başqa 10 minə qədər gənc təhsilini orta ixtisas təhsili müəssisələrində və ya peşə məktəbində davam etdirir. Məzunların 10 mindən çoxu xarici ölkələrdə təhsil almağa üz tutur. Heç bir yerə qəbul olmayan və xaricə getməyənlərin bir qismi  isə yenidən ali məktəblərə hazırlaşmağa başalyır.

Qərbdə dövlət özünə ehtiyac olan ixtisas və istiqamətlər üzrə kadr hazırlığında maraqlı olur. Daha çox təklif hansı sahəyə varsa, üstünlüyü də ora verir. Amma Azərbaycanda əmək bazarının tələbatı nəzərə alınmadan təklifdən çox kadr hazırlığı həyata keçirilir. Nəticədə kifayət qədər böyük sayda diplomlu,  ali təhsilli işsiz ordusu yaranır.

-Nə etmək lazımdır, hazırki durumu dəyişmək üçün hansı addımlara ehtiyac var?  

-Təhsil sistemində ciddi, amma formal xarakter daşımayan islahatlar həyata keçrimək lazımdır. İlk növbədə bağçalar Təhsil Nazirliyinə birləşdirilməli və onlara qəbul elektron qaydada həyata keçirilməlidir. Bundan sonra bağçaların kadr potensialı və tədris resursları yenidən işlənməlidir. Orta məktəbləri idarə edən direktorların hamısı imtahan edilməli, sənədləri yoxlanılmalıdır. Bu sahəyə yararalı olmayanlar vəzifəsindən kənarlaşdırılmalı, yeni potensiallı şəxsləri tədrisə cəlb etmək lazımdır. Bundan əlavə, məktəblərə maliyyə muxtariyyatı vermək, xidmət göstərmək üçün imkanlar açmaq lazımdır. Mütəmadi olaraq, orta məktəb müəllimlərinin bilik və bacarıqlarının yoxlanılmasını həyata keçriməyə ehtiyac var. Zəif nəticə göstərənləri kənarlaşdırıb təhsilə yeni müəllimləri cəlb etmək gərkdir.

-Bəs ali təhsil sistemində?

-Ali məktəblərdə ciddi islahatlar aparmaq, yalnız əmək bazarında ehtiyac olan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirmək lazımdır. Universitetlərin tədris proqramlarının müasir dünya standartlarına uyğun şəkildə qurulmasına nəzarət etmək lazımdır.

Turqut

 




Ana səhifəyə qayıt        Baxış: 488          Tarix: 16-05-2018, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma