Xəbər lenti

 

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Moderator.az-a bu dəfəki açıqlamasında gündəmin bəzi aktual mövzuları ətrafında fikirlərini bölüşüb:
- Qüdrət bəy, məzuniyyət dövrü başa çatdı.Ölkənin siyasi həyatında baş verəcəklər barədə gözləntiləriniz nədən ibarətdir?
- Hər bir vətəndaş kimi mənim də gözləntilərim çoxdur. Çünki cəmiyyətimiz dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil.Yaranmış vəziyyəti bölgədə marağı olan güclər də  görür. İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən mərhum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər ,hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı. İqtidar nə qədər ki, güclüdür prosesin ağrılı olmasına baxmayaraq cəsarətli qərarlar qəbul etməlidir.
- Qüdrət bəy, hansı dəyişikliklər ilk növbədə həyata keçirilməlidir? 
- İlk növbədə kadr islahatları davam etdirilməlidir. Onilliklər ərzində eyni  yüksək vəzifəni tutan kadrların ən azından yeri dəyişdirilməlidir. Bu insanların bir qismi feodallaşmış,böyük iddialara düşməklə yanaşı, hətta adi insanlıq keyfiyyətlərini belə itiriblər.İnsanları, onları istismar edib ev -eşiyindən didərgin salmış məmurlardan, xilas etməklə geniş xalq kütlələrinin rəğbətini qazanmaq olar. İqtisadi sferada zamanında sələflərindən dürrüstlüyü ilə fərqlənməmiş şəxslərə daha böyük  və strateji vəzifələrin  verilməsi, onları təmiz işləməyə, qanunların aliliyinə hörmət etməyə sövq etməyəcəkdır. Yüksək vəzifələrə müsbət dəyişiklikləri təmin etməklə hökumətə ictimai dəstəyi təmin edən ,yaxud edə biləcək şəxslər təyin olunmalıdır. Bəzi strateji vəzifələrə zamanında müxtəlif səbəblərdən qabiliyyətsizliyinə görə təyin  olunmuş şəxslərlə vidalaşmaq lazımdır. Hakimiyyət ölkənin ictimai-siyasi həyatında yaxşı mənada fərqlənmiş və iqtidarla əməkdaşlığa hazır olan kadrlarla gücləndirilməlidir.
Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalı, tam bazar iqtisadiyyatına keçilməli,maliyyə -kredit islahatları həyata keçirilməli, xidmət sahələri,iri müəssiələr yubanmadan özəlləşdirilməyə çıxarılmalı, korrupsiyaya qarşı daha effektli mübarizə təşkil olunmalı, ciddi struktur və instisional islahatlar aparılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində ciddi qərarlar qəbul olunmalıdır. Ölkədə iqtisadiyyatın inkişafına təkan verəcək Naxçıvan və Ələt azad iqtisadi zonalarının fəaliyyətə başlaması üçün  nəhayət ki,konkret addımlar atılmalıdır.
Bunlarla yanaşı, xarici ermənipərəst dairələrin və korrupsioner məmurların fitilə hərəkət edən müxalifət və onların müttəfiqləri olub xaricə miqrasiya edib ictimai əxlaqı korlayan, pozğun ünsürlər  ifşa olunmalı, onların dövlətçiliyimiz üçün yaratdığı təhlükə barədə ictimaiyyət mütəmadi olraq məlumatlandırılmalıdır. Konstruktiv müxalif qüvvələr isə bələdiyyə seçkilərindən daha güclü çıxmaları üçün fəaliyyətlərini gücləndirməli və koordinasiya etməlidirlər.



Ana səhifəyə qayıt        Baxış: 67          Tarix: 2-09-2019, 18:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent