Xəbər lenti

 

Yaxın vaxtlarda Bakıda avtobusların yarıdan çoxu yenilənəcək. 

Ovqat.com bildirir ki, bununla bağlı daşıyıcı şirkətlərə məlumat verilib. Çünki şəhərdə keyfiyyət standartlarına cavab verməyən xeyli avtobusdan istifadə edilir.

Bakı Nəqliyyat Agentləyinin direktorunun müşaviri Mübariz Abbasov deyir ki, Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə verib. Hazırda Yusif Səfərov və Füzuli küçələrində avtobuslar xüsusi zolaqlarla hərəkət edir. Bu işlərin davamı olaraq paytaxtın daha 9 küçəsində avtobuslarin xüsusi hərəkət zolaqlarinin təşkil edilməsi planlaşdırılıb.
İldən-ilə ölkəmizə turist axının çoxalmasını nəzərə alaraq hava limanından paytaxtın mərkəzinə hərəkəti rahatlaşdırmaq üçün "Airporttaxi" konsepsiyasi hazırlanib, hava limaninda xidmət edən taksilərə və onlarin sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. İlk növbədə onların xarici dil bilgilərinin səviyyəsinə dair standartlar hazırlanacaq.

Paytaxtda ən çox tıxacların yaşandığı ərazilərin təhlili də aparılıb. Məlum olub ki, 74 yol kəsisməsində Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, "3-cü mikrorayon" dairəsində, Həsənoglu-Təbriz küçələrinin kəsisməsində nəqliyyat problemlərinin aradan qaldirilmasi, "20 Yanvar" dairəsində nəqliyyat axini və sərnisin-piyada təhlükəsizliyinin yaxşilaşdirilmasi üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bagli təkliflər hazırlanıb.
Məlumdur ki, taksi fəaliyyəti ilə məşğul ola bilmək üçün bakı nəqliyyat agentliyi tərəfindən fərqlənmə nişanı verilir. Buna baxmayaraq, bu nişanı almadan qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar var. Bakı Nəqliyyat Agentlyinin rəsmisi Mübariz Abbasov deyir ki, belə sürücülərin vergidən yayınmalarının qarşısını almaq üçün yollar axtarılır.

Tıxacları yaradan amillərdən biri taksilərin nəzərdə tutulmayan yerlərdə park edilməsidir. Xaos olmasın deyə taksilər məhz onlar üçün müəyyən edilmiş ərazilərdə dayanmalıdırlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və əlavə olaraq 150-sinin təskili üzrə işlər aparılır. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Paytaxtın nəqliyyat sistemində yeniliklər olacaq




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 11-10-2017, 23:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma