Xəbər lenti

Turistlər üçün xüsisi imtiyaz paketləri hazırlanır

İkinci Bakı Şopinq Festivalı xüsusi turist paketləri hazırlayaraq turizm agentliklərinə təklif edəcək.

Publika.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda başlayacaq İkinci Şopinq Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq: "Paketlərə aviabilet, transfer, sığorta, oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq".

Nazir qeyd edib ki, bu dəfəki festivala xarici ulduzlar qatilmayacaq.




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 12-10-2017, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma