Xəbər lenti

 

Şəhərin bir çox yerində zeytun ağaclarına rast gəlinir. Bəziləri bar verib bəziləri isə yaxın vaxtlarda bar verəcək. Sirr deyil ki, zeytun insan orqanizması üçün xeyirli olduğundan bu meyvəyə maraq böyükdür. Bəs görəsən hər ürəyi istəyən bu ağacların zeytunundan dərə bilərmi? Diqqətsizlik nəticəsində ağaclar qırılarsa məsuliyyəti kim daşımalıdır?

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, zeytun ağacları artıq bar verməyə başlayıb
Zeytunlar tam yetişməsə də bu mənzərəni, demək olar ki şəhərin bütün parklarında görmək olar.
Bəs bu zeytunları kim gəldi yığa bilərmi? Şəhər sakinlərindən əvvəlcə bu ağaclardan zeytun yığıb-yığmadıqlarını soruşduq. Əksərinin cavabı isə bəli oldu
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyndə olan Yaşıllaşdırma Təsərüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyir ki, vətəndaşların parkdakı ağacların meyvəsindən istifadə etməsinə heç bir qadağa yoxdur.
Əgər, vətəndaşlar həmin ağaclara ziyan vurarlarsa, bu zaman onlar məsuliyyətə cəlb ediləcəklər
Cərimələr isə ziyan vurulan ağacın növünə və diametrinə görə, hesablanır.




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 14-10-2017, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma