Xəbər lenti

 

Bakıda və Abşeron yarımadasında yol kənarlarında olan sahibsiz zeytun bağlarından fərdi şəxslər tərəfindən yığılan zeytun "Azərsun" Holdinqin qəbul məntəqələrinə təhvil verilir.

Ovqat.com Trend-ə istinadən bildirir ki, bu barədə "Azərsun" Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Bakı və Abşeron yarımadasındakı sahibsiz zeytun bağlarından yığılan zeytun "Azərsun" Holdinq tərəfindən qəbul edilir: "Bizim öz zeytun bağlarımız da var. Oradan da, sahibsiz bağlardan yığılan zeytunu da qəbul edirik. Bunun üçün qəbul məntəqələrimiz var. Vətəndaşları təqdim etdikləri seytun standartlara cavab verdiyi halda, onu qəbul edib istehsala göndəririk".




Ana səhifəyə qayıt        Baxış: 984          Tarix: 19-10-2017, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma