Xəbər lenti

  Yevlax rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

 Bildirilir ki, R.Zeynalov 2 uşaq atası olub və maddi çətinlik çəkirmiş.

 Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 590          Tarix: 24-10-2017, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma