Xəbər lenti

İnternetin qadağan edildiyi və məhdudlaşdığı ölkələrin siyahısı açıqlandı

ABŞ-da yerləşən “Freedom House” qurumu “İnternetdə sərbəstlik 2017” siyahısını təqdim edib.

Publika.az xəbər verir ki, qurum siyahını 65 ölkədə internet sahəsindəki qadağaları və məhdudiyyətləri araşdıraraq tərtib edib.

Araşdırmalarda 32 ölkədə internetdən istifadə sərbəstliyinin bir öncəki ilə nisbətən mənfiyə doğru getdiyi ortaya çıxıb. Bu ölkələrə Ukrayna, Misir və Türkiyə də daxildir.

Siyahının “bulanıq bilgi” və “yalan xəbər” bölməsində də Türkiyənin yer alması diqqət çəkib.

“Freedom House”un siyahısına istinadən internetin ən çox qadağaya məruz qaldığı və məhdudlaşdığı ölkələrin siyahısını təqdim edirik.

Çin, Suriya, Efiopiya, İran, Kuba, Özbəkistan, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn, Paksitan, BƏƏ, Misir, Tayland, Rusiya, Türkiyə, Belarus, Sudan, Venesuela, Myanma, Qazaxıstan.




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 14-11-2017, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma