Xəbər lenti

 

“Biz təxminən hər həftə bir bank rəhbərinə xahiş-minnət edirik. Çünki banklara keditlərini qaytara bilməyən insanların evləri satışa çıxarılır. Onlar da bizə müraciət edirlər”.

Bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bu məsələdə Qazaxıstanın təcrübəsini misal gətirib. O bildirib ki, banklar kreditlərin qaytarılmasında insanlara vaxt verməlidir:

“Onların borcları silinməsin. Amma ola bilməzmi ki, banklar kreditlərin qaytarılması üçün insanlara zaman tanısın?”

Deputat həmçinin şəhid ailələrinin sığorta pulları ilə bağlı olan problemlərindən danışıb:

“Şəhid ailələri bizim başımızın tacıdır, onlar bizim üçün müqəddəsdir. İstərdim ki,şəhid ailələrinə sığorta pulları ilə bağlı bizə müraciət edəndə biz onlara cavab verə bilək. Həmin ailələr buna ciddi şəkildə ehtiyacları olduğunu deyirlər”.

O bildirib ki, yay aylarında regionlardan olan millət vəkillərini narahat edən əsas məsələ tələbələrin yataqxana məsələsidir:

“Lakin Bakı Dövlət Universitetinin belə yataqxanası yoxdur. Sosial evlər layihəsini hamımız dəstəkləyirik. Orta məktəb müəllimlərinin bu layihədən yararlanması məsələsinə xüsusi yanaşmanın olmasını istərdik.

Səhiyyə ilə bağlı çox işlər görülür. Amma xəstəliklərin sayı artır və xəstəliklər cavanlaşır. İki rayonda pilot layihə həyata keçirildi. Növbəti ildə pilot layihənin başqa hansı rayonlarda həyata keçirilməsi barədə məlumat verilməsini istəyirik”.\\Publika.az




Ana səhifəyə qayıt        Baxış: 999          Tarix: 21-11-2017, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma