Xəbər lenti

 

Sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Babək prospekti, Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Ovqat.com-a Azəriqaz İstehsalat Birliyindən verilən məlumata görə, fasilələr Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təminediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardantəbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlikqaydalarına riayət edilməsini xahiş edir.




Ana səhifəyə qayıt        Baxış: 807          Tarix: 21-11-2017, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma