Xəbər lenti

 

Amerikalı səhiyyə mütəxəssisləri qab yumaq kimi ev işlərinin insan ömrünü uzatdığını bildirib.

“Journal of the American Geriatrics Societ” dərgisi bu barədə məqalə yayımlayıb.

Məqalədə amerikalı elm adamlarının 65-99 yaşlı 6000 qadın arasında gerçəkləşdirdiyi araşdırma yer alıb. Onlar bir həftə boyunca qadınların fiziki aktivliyini, 3 il boyunca isə sağlamlığını izləyib.

Əldə edilən nəticələrdə gündə ən az 30 dəqiqəsini fiziki aktivliyə ayıranlar arasındakı ölüm riski 12% olub. Gün ərizndə 1 saat fiziki aktivliyə vaxt ayırmaq isə ölüm riskini 39% azaldır.

Elm adamları təmizliklə məşğul olmaq, qab yumaq və təmiz havada gəzmək kimi işləri fiziki aktivlik kimi dəyərləndirib və onların ömrü uzatdığına böyük təsiri olduğunu bildirib.

Araşdırmanın başçısı Andera Lakroiks belə fiziki fəaliyyətlərin sağlam olmaq üçün yetərsiz saydıqlarını, lakin bu araşdırmadan sonra tam əksinin şahidi olduqlarını deyib.\\publika.az




Ana səhifəyə qayıt        Baxış: 543          Tarix: 22-11-2017, 19:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent