Xəbər lenti

 

ABŞ-ın Yel Universitetinin alimləri yuxusuzluğun yaratdığı əsas təhlükəni araşdırıblar.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda əvvəllər içki aludəçiliyi olan 42 könüllü iştirak edib.

Onlar hər gün sutka ərzində istifadə etdikləri alkoqolun miqdarını qeyd ediblər. Bununla yanaşı iştirakçıların bədənlərinə xüsusi qurğu quraşdırılıb ki, bu da onların yuxularının davamlılığını və keyfiyyətini qeydə alıb. Alınan nəticələrin təhlilindən yuxusuzluğun alkoqol istifadəsi ilə sıx əlaqəsi müəyyən edilib. Bəlli olub ki, insan nə qədər az yatırsa, bir o qədər alkoqoldan çox istifadə edir. Bundan əlavə bu pasiyentlərin gündəlik rejimi pozulub. Alkoqoldan istifadə edənlərin hamısı digərlərinə nisbətən daha gec yatıblar.




Ana səhifəyə qayıt        Baxış: 775          Tarix: 16-12-2017, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma