Xəbər lenti
Dünən, 20:40

Ötən il baş verən ana ölümlərinə görə Azərbaycanda 50-dən çox həkim və orta tibb işçisi – tibb bacıları, akuşerlər və s. cəzalandırılıb.

Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.

2017-ci il ərzində Azərbaycanda 21, bu il isə 3 ana ölümünün baş verdiyini xatırladan S.Məmmədova qeyd edib ki, ötən ilki ana ölümləri zamanı bir necə halda həkim səhvi olub. Buna görə də həmin səhvi edən həkimlər işdən kənarlaşdırılıb:

“Məsələn, xəstəyə narkoz verdikdə problem yaranıb və bu, fizioloji ölüm kimi qiymətləndirilib. Xəstə əməliyyata götürüldükdə ona narkoz verilməmişdən əvvəl icrası tələb olunan xüsusi kriteriyalara əməl olunmayıb. Əməliyyat qabağı hazırlıq işləri düzgün təşkil edilməyib, lazımi həcmdə müayinələr aparılmayıb”.

S.Məmmədova qeyd edib ki, ana ölümü yalnız həkim ginekoloq və həkim-anestezioloqun səhvi deyil:

“Xəstə ürək qüsurlu olur, lakin həkim-kardioloq ona düzgün diaqnoz qoya bilmir. Doğuş vaxtı da xəstə ürək qüsuru ilə doğduqda dünyasını dəyişir. Yaxud tibb bacısı xəstəyə vaxtında nəzarət edə bilməyib, həkimə vaxtında deməyib ki, onda qanaxma başlayıb. Tibbi işçisi hansısa yardımı ondan asılı olan səbəblər üzündən edə bilməyib. Buna görə onlar da cəzalandırılıb”.

S.Məmmədova qeyd edib ki, ana ölümlərinin səbəbləri araşdırılarkən ümumilikdə xəstəyə göstərilən tibbi yardımın təşkili və keyfiyyəti, xəstənin özünün sağlamlıq durumu qiymətləndirilir.

Ana ölümlərinin ölkənin bütün regionlarında qeydə alındığını deyən baş mütəxəssis əlavə edib ki, ağır vəziyyətdə olan xəstələr daha çox paytaxta köçürüldüyündən ötən il baş verən 21 ana ölümünün 7-si Bakının payına düşüb. Həmin xəstələr də rayonlardan Bakıya köçürülmüş hamilələr olub.

 

 




Ana səhifəyə qayıt        Baxış: 273          Tarix: 12-03-2018, 17:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent