Xəbər lenti

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketini hazırlayır.

Trend-in məlumatına görə, bunu DGK-nin Fəaliyyətin dəyərləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.  İ.Babayev bildirib ki, dəyişikliklər paketi yaxın zamanlarda baxılması üçün hökumətə təqdim olunacaq: “Son dövrlərdə idxal-ixrac əməliyyatları ilə bağlı fəaliyyətimiz Vergilər Nazirliyi ilə birgə nizamlanır ki, dəyişikliklərin bir hissəsi bu faktla bağlı olacaq. Ümumilikdə isə dəyişikliklər gömrük prosedurlarının sadələşdirilməsi, gömrük-buraxılışı məntəqələrindən sürətli keçidin təmin olunması ilə əlaqədardır”.

 




Ana səhifəyə qayıt        Baxış: 640          Tarix: 14-05-2018, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma