Xəbər lenti

Amerikanın rəsmi Green Card Lottery 2019 (DV 2019) saytı bu il loteraya qalibləri haqda məlumatları dərc edib. Qrin-kartın uduşunun nəticələri barədə informasiyanı mayın 15-dən əldə etmək mümkün olub.

Xatırladaq ki, DV 2019 lotereyasında iştirak üçün onlayn-qeydiyyat 2017-ci il oktyabrın 3-də başlayıb. Ancaq ərizələrin qəbuluna başladıqdan 10 gün sonra elan edilib ki, “texniki səbəblər”dən prosesi dayandırmaq lazım gəlib, öncədən verilən ərizələr isə ləğv olunub. Ərizələrin verilməsi ilə bağlı yeni tarix oktyabrın 18-dən noyabrın 22-dək müəyyən edilib. Lotereyanın nəticələrinin müəyyən edilməsi vaxtı da yer alıb – əvvəl elan olunduğu kimi, 2 may yox, 15 may 2018-ci il.

Hər il uduşun nəticələrinə əsasən 100-dən 125-dək adam qrin-kart alır ki, bu da ABŞ-da leqal şəkildə yaşamağa və işləməyə imkan verir.

Azərbaycanda “Greencard Аzerbaijan” şirkəti fəaliyyət göstərir. Şirkət lotereyada iştirak üçün elektron müraciətin doldurulması və ABŞ-a getmək üçün sənədlərin hazırlanması üzrə xidmət göstərir. Şirkətin məsləhətçisi Royal Cəfərovun sözlərinə görə, şirkətə 50 minə yaxın ölkə vətəndaşı müraciət edib. Onların 500-ə yaxını DV 2019 lotereyasının qalibi olub. Əksəriyyəti 18-30 yaşlı gənclərdir.

Ancaq R.Cəfərov qeyd edib ki, bu, yekun məlumat deyil. Məsələ bundadır ki, adamların müəyyən hissəsi müstəqil, məsləhətçinin yardımı olmadan hərəkət edir, Green Card lotereyasında iştirak üçün ərizəni özləri doldurur. Odur ki, ola bilsin ki, iştirakçıların real sayı 50 min yox, 70-80 min nəfərdir. Buna görə də bu il qalib 500 yox, 700-800 nəfər ola bilər. Məsələn, ötən il 960 azərbaycanlı Green Сard qazanmışdı.

Başqa bir mühüm detal var. Qaliblərin heç də hamısı ABŞ-a getmək üçün icazə və viza ala bilmir. Qaydalara görə, onlar ABŞ səfirliyinin konsul şöbəsində müsahibədən keçməli, özü haqqında, ixtisası, bu ölkədə müstəqil işə düzəlmək imkanları barədə lazımi sənədləri və informasiyanı təqdim etməlidir.

Müsahibədən keçmək hamıya nəsib olmur. Üstünlük yüksək ixtisaslı, diplomlu mütəxəssislərə verilir. Hər il Azərbaycandan orta hesabla 225-250 nəfər immiqrant vizası alır.

Müstəqil iqtisadçı Natiq Cəfərli Turan-a bildirib ki, bu say dəryada bir damladır.

“Əvvəla, ABŞ-a işçi, tələbə vizası, gəlin vizası (amerikalı ilə evlənmək üçün) üzrə gedirlər. Sonra bu adamlar uzun müddət həmin ölkədə qalır. Deməli, Azərbaycandan olan emiqrantların sayı Green Сard qaliblərindən çoxdur. İkincisi, emiqrasiya üçün başqa marşrutlar da var. Bizim vətəndaşlar Avropa istiqamətinə- Almaniya, Çexiya, Fransata üstünlük verirlər“, – ekspert qeyd edib.

Təsadüfü deyil ki, azərbaycanlılar Almaniyada yaşamaq üçün icazə alınması ilə bağlı müraciət edən əcnəbi-emiqrantlar beşliyinə daxildir. Bu, təxminən 25-30 min nəfərdir. Sırada digər Avropa dövlətləri də var. Bundan irəli gələrək demək olar ki, Azərbaycanı tərk ermək istəyən və hazır olan adamların sayı kütləvi xarakter alıb. N.Cəfərli diqqəti daha mühüm detala – emiqrasiya edənlərin və potensial emiqrantların yaşına yönəldib: “Keçirilən sorğular göstərib ki, əsasən Qərbdə iş tapmağa qadir olan 25-35 yaşlı perspektivli, gənc mütəxəssislər gedir. Onlar tikinti, neft, informasiya texnologiyaları sahəsində mühəndislər, maliyyəçilər, tibb işçiləridir. “Beyinlər”in axını baş verir. Bunun səbəbi iqtisadi, siyasi, sosial, psixoloji amillərdir. Adamlar yaxşı yaşamaq, yaxşı əməkhaqqı almaq, öz tələbatlarını təmin etmək, övladlarına keyfiyyətli təhsil vermək istəyirlər“, – iqtisadçı vurğulayıb.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyevin fikrincə, böyük sayda gənc mütəxəssisin ölkəni tərk etməsilə bağlı yaranmış vəziyyət hökuməti və Milli Məclisi narahat etməlidir. Bu problemlə bağlı ciddi müzakirələr aparılmalıdır. Bir mütəxəssisin 15-16 il ərzində təhsili və hazırlanması dövlət büdcəsinə təxminən 100 min manata başa gəlir Bu vəsait özünü doğrultmur. Gənc kadrlar Azərbaycanda karyera perspektivləri görmür. Korrupsiya, qohumbazlıq, yerlibazlıq və s. buna əngəl olur. “Beyin axını”nı dayandırmaq lazımdır. Yoxsa xaricdən mütəxəssis gətirmək lazım gələcək və artıq bu, baş verir. (Turan)

 




Ana səhifəyə qayıt        Baxış: 923          Tarix: 21-05-2018, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma