Xəbər lenti

İlkin proqnozlara görə, iyunun 1-i axşamdan başlayaraq, ölkə ərazisində temperatur yenidən enəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, iyunun 1-də gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Lakin iyunun 1-i axşamdan başlayaraq temperatur 3-5 dərəcə enəcək, nəticədə iyunun 2-3-də Bakı və Abşeron yarımadasında nisbətən sərin hava şəraiti müşahidə ediləcək. Həmin günlərdə temperaturun müsbət 22-25 dərəcə olacağı gözlənilir. U.Tağıyeva qeyd edilən müddətdə respublikanın rayonlarında da sərin hava şəraitinin gözlənildiyini söyləyib.

Sektor müdiri əlavə edib ki, iyunun 5-dən temperatur yenidən yüksələcək.

 




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 31-05-2018, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma