Xəbər lenti

Bu gündən iş yerini dəyişmək istəyən müəllimlərin miq.edu.az saytında onlayn qeydiyyatına başlanılıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, qeydiyyat iyunun 11-də bitəcək.

Nazirliyin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 4-06-2018, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma