Xəbər lenti

İyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalı, brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar

 




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 4-06-2018, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma