Xəbər lenti

“Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkə ərazisində sahibkarlıq subyektlərinin qeydiyyatına başlayacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək. Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.

Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq və fitosanitar sahələrinə dövlət nəzarətini icra edəcək. O qeyd edib ki, gələn aydan Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində baytarlıq və fitosanitar sahələrində xidmətləri həyata keçirəcək. İyulun 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi bu prosesə dövlət nəzarətini icra edəcək. Agentlik fitosanitar və baytarlıq sertifikatlarını da verəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 29-06-2018, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma