Xəbər lenti

Bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Zirə sakinlərinin və bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır.

Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır.

Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.

 




Ana səhifəyə qayıt        Baxış: 104          Tarix: 23-07-2018, 14:48      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent