Xəbər lenti

İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-nin obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatdığından yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən Xəmsə, Oskar, Oazis, Millenium, Sonalar Sonası, Xan qızı, Dan ulduzu və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq.

Trend-in məlumatınma görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ekoloji problemlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən intensiv tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır və görülən işlər artıq geniş ictimai dəstəklə qarşılanır: “Belə ki, plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi də davam etdirilir. Yeri gəlmişkən, plastik tullantılar üçün nəzərdə tutulan belə konteyner bu gün Şabran şəhərində qoyuldu”.

İ.İbrahimova əlavə edib ki, yaşıllıqların qorunmasına yönələn tədbirlər daim diqqətimizdədir və gündəmdədir: “Sevindiricidir ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir. Daha bir aktual məsələ isə Xəzər dənizinin çirkləndirilməsi, onun qarşısının alınması və bununla bağlı nazirlik tərəfindən həyata keçirilən davamlı monitorinq və reydlərlə bağlıdır. Xəzəri çirkləndirənlərə qarşı DİN-lə birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ də daimi olaraq nazirliyin diqqət mərkəzindədir”.

 




Ana səhifəyə qayıt        Baxış: 167          Tarix: 27-07-2018, 17:04      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent