Xəbər lenti

Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi (turizm və menecment ixtisaslarına yönəlik)” layihəsinin yekunlarına həsr olunan tədbir təşkil olunub.

Birlikdən Strateq.az-a verilən məlumata görə, tədbiri  giriş sözü ilə açan ictimai birliyin icraçı direktoru Qahirə Məmmədova bildirib ki, layihə icraya başladığı gündən ümumilikdə, ilkin müzakirəyə və gənclərin məlumatlandırılmasına həsr olunan dörd görüş keçirilib.

Görüşdə tələbələrə xarici ölkə universitetlərində təhsil imkanları, təqaüdlü proqramlar, seçilmiş ölkələrdə təhsil və yaşam xərcləri, ən çox müraciət olunan ölkələr və ixtisaslar, ölkə üçün prioritet olan ixtisaslar və istiqamətlər, həmçinin müraciət zamanı müsbət nəticələrin əldə olunması üçün diqqət yetirilməli olan məqamlar diqqətə çatdırılıb. Nəticə olaraq, sahə üzrə təhsil alan beş universitetdən 25 gənc Avropa və qardaş Türkiyə respublikasının universitetlərinə qəbul proqramlarında uğur qazanmışdır.

Birliyin həyata keçirdiyi layihə çərçivəsində sənədlərin hazırlanma prosesində yardım olunan gənclərdən 8 nəfəri Polşa, 2 nəfəri Latviya, 4 nəfəri Macarıstan, 2 nəfəri Çexiya, 3 nəfəri İtaliya, 1 nəfər İsveç, 5 nəfəri isə Türkiyə universitetlərinə qəbul olunub. O da diqqətə çatdırılmışdır ki, İctimai birlik layihə bitdikdən sonra da prosesi davam etdirərək gəncləri bu sahədə maraqlandıran suallara cavab verəcək və sənədlərin hazırlanmasında yardımçı olacaqdır. Bununla əlaqədar olaraq, ictimai birliyin rəsmi saytında göstərilən elektron poçtalara və ya sosial şəbəkədi ünvanlarına müraciət etmək olar.

Tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Qərb Universitetinin tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də QAFAM əməkdaşları iştirak ediblər.

Sonda iştirakçılara xaricdə təhsillə əlaqəli məlumatlandırıcı bukletlər paylanılmış və onlarla birgə xatirə fotoqrafı çəkdirilmişdir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 6-08-2018, 15:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma