Xəbər lenti

Son üç gündə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 72 əcnəbi saxlanılıb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 68 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisinə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları – səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

 




Ana səhifəyə qayıt        Baxış: 648          Tarix: 31-08-2018, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma