Xəbər lenti

Əsas məqsədi ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaq olan Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan təhsili tarixində rekordu yeniləyib.

BANM-dan verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumi 13 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçib. 700 bal toplamış abituriyentin hər biri artıq Ali Məktəbdə qeydiyyatdan keçiblər. Onların BANM-dakı ixtisas seçimi aşağıdakı kimi olub:

1. Xəyal Fərzəliyev – İnformasiya təhlükəsizliyi

2. Elgün Zamanlı – İnformasiya təhlükəsizliyi

3. Əsra Bayramova – İnformasiya təhlükəsizliyi

4. Şəkər Qədirli – İnformasiya təhlükəsizliyi

5. Aslan Aşirov – İnformasiya təhlükəsizliyi

6. Tapdıq Məhərrəmli – İnformasiya təhlükəsizliyi

7. Vasif Əsədov – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

8. Kənan Məhəmmədli – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

9. Azər Zeynallı – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

10. Sona Mehdizadə – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

11. İlqar Məmmədov – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

12. Anar Abıyev – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

13. Rüstəm Qarayev – Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Qeyd edək ki, ötən il də I qrup üzrə 7 nəfər 700 ballı abituriyentin hamısı BANM-ı seçmişdi. Bu zamana qədər BANM-dan başqa Azərbaycanın heç bir universiteti bu göstəricini reallaşdıra bilməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 471          Tarix: 5-09-2018, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma