Xəbər lenti

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), ABŞ Enerji Departamenti və Ukrayna Elmi Texnologiya Mərkəzinin birgə layihəsi olan “Qafqaz Kəsilişi” çərçivəsində işlər davam etdirilir.

Mərkəzin informasiya şöbəsindən Strateq.az-a verilən məlumata görə, Bakıya səfər edən amerikalı seysmoloqlar – Missuri Universitetinin professoru Erik Sandvol, əməkdaşı Qunnels Maykl Ceyms, eləcə də AMEA nəzdində RSXM-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, episentral şöbəsinin əməkdaşları Nicat Əsgərov, Asif Süleymanov və zəlzələlərin tədqiqatı şöbəsinin əməkdaşı Vüqar Fərəcovun iştirakı ilə İsmayıllı rayonunda altı stansiya, Göyçay rayonunda bir stansiya və Quba rayonunda altı stansiya “Qafqaz kəsilişi” boyunca yerləşdirilib.

Xatırladaq ki, layihə iştirakçıları tərəfindən əvvəllər Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında dörd stansiya quraşdırılıb. Layihənin 2020-ci ilə qədər davam etməsi nəzərdə tutulsa da, aparılan tədqiqatlar zamanı elmi baxımdan yüksək və keyfiyyətli məlumatların əldə olunmadığına görə ABŞ və Ukrayna tərəfi layihənin müddətinin uzadılmasına dair RSXM qarşısında təşəbbüslə çıxış ediblər.

Hazırda layihə çərçivəsində elmi tədqiqat işləri aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 17-09-2018, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma