Xəbər lenti

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 424          Tarix: 5-10-2018, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma