Xəbər lenti

 

Ağız qoxusundan qurtulmaq mümkündürmü?

Əgər daxili orqanlarınız sağlamdırsa, bəli, ağız qoxusundan qurtulmaq olar. 

Ağız qoxusundan qurtulmaq üçün:

  • Yumşaq diş fırçası əvəzinə orta sərtlikli fırçadan istifadə edin.
  • Bakteriya və yemək artıqlarını təmizləmək üçün gündə iki dəfə dişlər fırçalanmalıdır. Bununla yanaşı, diş ipindən də istifadə olunmalıdır.
  • Ağız qoxusunun səbəblərindən biri də dilin üzərində yaranan ərpdir. Bunu nəzərə alıb, dili də fırçalamağı adət halına gətirin. Dişləri fırçalayaraq ağız qoxusundan 20%, dili fırçalayaraq isə 80% azad ola bilərsiniz.
  • Ağız qoxusunu yox etmək üçün tərkibində spirt olan ağız yaxalayıcıları da qoxuya səbəb ola bilər.
  • Tərkibində sink olan diş pastaları və saqqızları ağız qoxusunu yox edir.
  • Ağız qoxusundan qurtulmaq istəyirsinizsə, çürük, qırılmış dişlərinizdən qurtulun.
  • Diş protezlərinin altında qalan yemək qalıqları da pis qoxuya səbəb ola bilər ki, bu da protezin çıxarılıb təmizlənməsini vacib edir.
  • Ağız quruluğu da pis qoxuya səbəb olur. Bunun qarçısını almaq üçün bol-bol su için.
  • Qəhvə dənələri və limon qabıqları ağız qoxusunu aradan qaldırır. \\hekimtap.az



Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 25-10-2018, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma