Xəbər lenti
Dünən, 20:40

Ötən gün gecə saatlarında xalq artisti Amaliya Pənahovanın 1 ildən çoxdur əziyyət çəkdiyi ortaya çıxan xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri ölkədə böyük kədərə səbəb oldu.

Milli.Az  xəbər verir ki, mərhum sənətkarın ölüm xəbərini ilk olaraq ictimaiyyətə bildirən əməkdar artist Hüsniyyə Mürvətova gözyaşı içində “Səni axtarıram”da xalq artistindən danışıb.

Aktrisa Bələdiyyə teatrında rəhbərliyi altında çalışdığı Amaliya Pənahovanın xərçəng xəstəsi olduğundan bixəbər olduqlarını bildirib: “1 il imiş xərçəng xəstəsi idi. Amma bizə heç nə deməmişdi, heç nə bilmirdik. Son günlərə kimi bizlə bir yerdə oldu. Ayın 31-də Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş “Şanlı vətən” tamaşasının premyerası oldu. Premyeradan 3 gün qabaq bizi yığdı, hamımıza məsləhətlərini verdi, tövsiyələrini dedi – Qızlara ayrı, oğlanlara ayrı. Amma premyeraya gəlmədi. İlk dəfə idi Amaliya xanımsız premyeramız oldu bizim. Yenə heç nə hiss etmədik. Gül göndərmişdi. Tamaşadan sonra biz hamımız səs-küylə bir-birimizi təbrik etdik, Wathsapp-da video vasitəsi ilə Amaliya xanıma salamımızı, təbrikimizi göndərdik. O da məni təbrik edərək “Hamınız çox istedadlısınız, Hüsniyə. İki-üç günə yığacam hamınızı. Gələcəm!” dedi. O, bizə rəhbər yox, ana olub”.

 




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: 9-11-2018, 15:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent