Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən “Report”a bildirilib ki, dekabrın 1-2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın 2-də gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 




Ana səhifəyə qayıt        Baxış: 328          Tarix: 30-11-2018, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma