Xəbər lenti

 

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, növbəti belə tədbir dekabrın 22-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Bərdə şəhəri ərazisində keçirilib.

S.Novruzovanın Cavanşir küçəsindəki həyətyanı sahəsindən mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan, çəkisi 686 kiloqram olan at əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.




Ana səhifəyə qayıt        Baxış: 563          Tarix: 24-12-2018, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma