Xəbər lenti

 

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi qrupunda 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan dövlət qulluğu vəzifələri İnzibati və  yardımçı  vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi qrupunda mövcud olmuş vəzifələr dövlət qulluğu vəzifələri İnzibati və  yardımçı  vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə aşağıdakı qaydada uyğunlaşdırılıb:   

  1. rəhbər - rəhbər;
  2. rəhbərin müavini- rəhbərin müavini;
  3. böyük referent - baş məsləhətçi;
  4. hüquqşünas - böyük məsləhətçi;
  5. katib-inspektor  - məsləhətçi.



Ana səhifəyə qayıt        Baxış: 317          Tarix: 1-08-2019, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma