Xəbər lenti

 

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, bununla əlaqədar olaraq, avqustun 22-də səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.\\Publika




Ana səhifəyə qayıt        Baxış: 385          Tarix: 21-08-2019, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma