Xəbər lenti

 

Bu ilin 7 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.




Ana səhifəyə qayıt        Baxış: 473          Tarix: 16-09-2019, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma