Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.

Məsələ burasındadır ki, Ramal Məmmədovun qəzanı törətdiyi maşınla təhlükəli manevrlər etməsiylə bağlı videolar da mövcuddur. O, məhz həmin gecə qırmızı işıqda keçərək məlum hadisəni törədib. Xoşbəxtlikdən hadisənin baş verdiyi an piyada keçidinin üzərində olan daha iki nəfər xəsarət almadan qəzadan yayına biliblər. Əslən Lənkərandan olan 28 yaşlı Məmmədov,  bank işçisi olub.

Mərhuma gəlincə, 2016-cı ildə Bakı Slavyan Universitetinin məzunu olan Gülgün Əmiraslanlı ali məktəbi bitirdikdən sonra özünü təkmilləşdirmək üçün fərqli zamanlarda ABŞ-da kurslar keçib. O, Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "ASAN Viza"da çalışıb. Bir il öncə işə başlayan Əmiraslanlı, hadisənin baş verdiyi vaxt işdən qayıdırmış. Əldə etdiyimiz məlumata görə, Gülgün avtobusdan düşən zaman evdəkilərə zəng edərək, 5 dəqiqəyə çatacağını deyib.

Gülgüngil ailədə iki bacı, bir qardaş olublar. Əmiraslanlı özü isə subay imiş.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 41          Tarix: 21-09-2019, 22:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent