Xəbər lenti

Bu müəllimlərin maaşı artacaq - YANVARIN 1-dən

Bu ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib.




Ana səhifəyə qayıt        Baxış: 942          Tarix: 6-09-2017, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma