Xəbər lenti

 

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.

Bu barədə özəl olaraq Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: "Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.




Ana səhifəyə qayıt        Baxış: 1 380          Tarix: 4-10-2017, 22:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma