Xəbər lenti

 

Təhsil Nazirliyi (TN) sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə araşdırdığı müraciətlərin sayını açıqlayıb.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə 2834 müraciəti icraata qəbul edib. TN-dən əlavə edilib ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanıdılması məqsədilə yeni qaydalar layihəsi hazırlanıb. Yeni qaydalar layihəsi rəy və təkliflərin bildirilməsi ucun aidiyyəti dövlət qurumlarına göndərilib.




Ana səhifəyə qayıt        Baxış: 1 261          Tarix: 4-12-2017, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma