Xəbər lenti

 

Bu ildən ingilis dili fənni üzrə buraxılış imtahanlarında fərqli metodun tətbiqinə başlanacaq. Şagirdlərin bu fəndən "listening", yəni dinləyib anlama bacarıqları yoxlanılacaq.

Bu barədə açıqlama verən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki, hazırda bir çox məktəblərdə bu modelin tələblərinə cavab verən dərslərin keçirilməsi üçün tam şərait yoxdur. Ancaq linqafon kabinetləri olmayan məktəblərdə əsas iş müəllimlərin üzərinə düşür.

Artıq ümumtəhsil məktəblərində ingilis dili dərslərinin yeni imtahan modelinə uyğun tədris olunduğunu deyən nazir müavini qeyd edib ki, əlavə vəsait deyildikdə internet materialları, ingilis dilli mətnlər, həmçinin elektron lövhənin imkanları başa düşülə bilər. İngilis dili müəllimləri də bu vasitələrdən istifadə etməklə şagirdlərdə dinləyib anlama bacarığını formalaşdırmalıdırlar.

Məhəbbət Vəliyeva, həmçinin məktəblərdə iş dəftərinin istifadəsinin məcburi olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib.

Qeyd edək ki, bütün bu məsələlər ətrafında Avropa İttifaqı və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək" layihəsinin açılış konfransında geniş fikir mübadiləsi aparılıb. \\Xezerxeber.az 






Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 16-10-2018, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma