Xəbər lenti

     Respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin davamı olaraq 7 dekabr 2018-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 N-li tam orta məktəbdə parlamentimizin yaranmasının 100 illik yubileyi qeyd olundu.Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Fərid  Ağaliyev  açaraq AXC-nin tarixi haqqında, parlamentin tarixi haqqında şagirdlərə məlumat verdi. Daha sonra məktəbin  şagirdləri parlamentin  fəaliyyəti haqqında təqdimatlar və video slaydlar təqdim etdilər.

     Azərbaycan dili və ədəbiyyat müəllimi  MəmmədTahirov, ibtidai sinif müəllimi  Rizvanə Rəfiyeva   AXC və parlament haqqında fikirlərini bildirdilər. 

  Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Hüseyn Ağayev sonda müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi. Şagirdlərə uğurlar arzuladı.

Ovqat.com

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 586          Tarix: 7-12-2018, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma