Xəbər lenti

 

Azərbaycanda yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

"Report" xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramovmüvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.




Ana səhifəyə qayıt        Baxış: 514          Tarix: 3-09-2019, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma