Xəbər lenti

 

Təhsil Nazirliyi nazirlik yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirib. 
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, şuraya seçkilərin keçirilməsində yalnız təşkilatçı qismində çıxış ediblər. 
Qeyd olunub ki, İctimai Şuraya üzv seçilmək istəyən hər bir şəxs sənədləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olduğu halda qeydiyyatdan keçərək bu prosesə qatıla bilər: "Sənədləri qaydalara uyğun olan hər bir namizəd rəsmi qeydiyyata alınıb. Təhsil Nazirliyi İctimai Şuranın tərkibini müəyyən etmir. Şuranın tərkibini vətəndaş cəmiyyəti institutlarının nümayəndələri seçib. Həmçinin seçki prosesi sonadək videoyazıya alınıb və “Təhsil” televiziyası tərəfindən canlı yayımlanıb. Səsvermə tam aşkar şəraitdə keçirilib və nəticələr yerindəcə elan olunub".
Həmçinin bildirilib ki, seçki prosesinin təşkili və nəticələri ilə bağlı Təhsil Nazirliyinə heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, sentyabrın 4-də keçirilən tədbirdə səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Mirzə Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər. 
Bəzi şəxslər iddia edirlər ki, şura üzvlərindən 2-3 nəfəri çıxılmaqla əksəriyyəti ictimaiyyət nümayəndəsi deyil.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.




Ana səhifəyə qayıt        Baxış: 27          Tarix: 5-09-2019, 15:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent