Xəbər lenti

 

Bakı Avrasiya Universiteti beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində  yeni nailiyyətlər əldə edib. Modern.az xəbər verir ki,  yüksəkixtisaslı  kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olmaq məqsədilə, eyni zamanda  universitetin beynəlxalq reytinqinin yüksəldilməsi məqsədilə ikili diplom proqramlarının icrasına başlayıb.

Universitet,  bu istiqamət  üzrə ilk uğuruna  imza atıb. Bakı Avrasiya Universiteti İtaliya Respublikasının Genuya Universiteti ilə  cari tədris ilindən ali təhsilin magistratura səviyyəsində “Turizmin iqtisadiyyatı” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlayıb. İkili diplom proqramı çərçivəsində təhsil alan magistrantlar 3 semestr BAAU-da, 1 semestr isə Genuya Universitetində təhsil almaqla yekunda hər iki universitetin diplomunu qazanacaqlar. Əsası XVI əsrdə qoyulmuş Genuya Universiteti bugün dünya universitetləri arasında reytinqinə görə ilk 500-lükdə, ölkə üzrə isə ilk 10-luqda yer alır.

Bakı Avrasiya Universitetinin mətbuat xidməti




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 25-09-2019, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma