Xəbər lenti
 
Azərbaycan Televiziyasında efirə gedən "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışında cəmiyyətin aktual mövzularından biri - təhsildə müəllim-tələbə münasiətləri müzakirə olunub.
Tok-şouda iştirak edən tələbələrin və təhsil ekspertlərinin iştirakı ilə "Müasir cəmiyyətdə bu münasibətlər necə formlaşır", "Müasir Azərbaycan müəllimi necə olmalıdır", "Müəllimlər tələbələrdən razıdırmı" kimi suallara cavab axtarılıb. Ekspertlər qeyd edib ki, ali məktəblərdə tam demokratik mühit olmalıdır.
Tələbələrin hamısından yüksək nəticə gözləmək doğru deyil. Müəllimlərin əsas vəzifəsi sinifdə demokratik ab-hava yaratmaqdır. Müəllim tələbələri həvəsləndirməlidir, ruhdan salmalı deyil. Qeyd olunub ki, müəllim-tələbə münasibətlərində arzuolunan dönüş yaranması üçün təhsildə yeni pedoqoji təfəkkür formalaşmalıdır.
Verilişdə müəllimlərin audotoriyada tələbələrlə rəftarına da toxunulub. Qeyd edilib ki, müəllimin təlbəni təhqir etməyə, sinifdən çıxarmağa ixtiyarı yoxdur. Tələbənin audotoriyada yol verdiyi səhvlərin cəzası müəyyən normlar çərçivəsində olmalı, müəllim tələbənin "dilini tapmalıdır", tələbənin qarşısında yox, yanında olmalıdır.
Ancaq tələbələr də normal münasibətin formalaşmasında məsuliyyət daşıyır. Onlar da dərsə və müəllimə münasibətdə obyektivlik nümayiş etdirməlidir.
Veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır.
Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.
Qeyd edilən mövzularla bağlı yarana biləcək mübahisəli məsələlərdən çıxış yolları axtarılır.
"Çıxışa doğru" tok-şousunun informasiya dəstəyi BakuPost.az saytıdır.



Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 22-11-2019, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma