Xəbər lenti

 

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
DİM-dən Ovqat.com-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, boş qalan 3157 plan yerinin müsabiqəsində iştirak etmək üçün 2374 abituriyent ərizə təqdim edib. Onlardan 1701 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olunan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları sentyabrın 1-də “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunacaq.
Qəbul olunanlar sentyabrın 6-dan 13-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.  

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 796          Tarix: 31-08-2017, 18:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma