Xəbər lenti

15 məktəb direktoru İŞDƏN QOVULDU

"Ötən il ərzində təhsil qanunvericiliyini pozan, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallarla bağlı paytaxt İdarəyə 426 müraciət daxil olub. Onlarda 416-ı əsaslandırılaraq müraciətə müvafiq cavab verilib, 10 müraciət baxılma mərhələsindədir".

Publika.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu müraciətlər əsasında Təhsil Nazirliyinin müvafiq sturukturları ilə birgə aparılan araşdırmalar nəticəsində bir sıra müəllim və direktorlar vəzifəsindən azad edilib: “Şikayətlər əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 15 direktor, 2 müəllim, 1 laborant, 1 günuzadılmış qrup rəhbəri vəzifəsindən azad edilib. İdarənin 1 əməkdaşı, 16 təhsil müəssisəsi rəhbəri,31 direktor müavini, 78 müəllim,1 UBR intizam məsuliyyətinə cəlb edilib. 16 təhsil müəssisəsi rəhbərinə, 3 direktor müavininə, 78 müəllimə xəbərdarlıq edilib”.

M.Vəliyeva onu da vurğulayıb ki, bu il həm də jurnallarda bəzi pozuntular aşkar edilib: “Bütün məktəb direktorları jurnallarda müəyyənləşdirilmiş səhvlər üzrə müəllim, direktor və direktor müavinlərindən izahatlar alınıb. Bir daha vurğulayıram ki, növbəti tədris ilində bu sahəyə doqqət gücləndiriləcək”.

Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş 17030.86 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 000          Tarix: 11-09-2017, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma