Xəbər lenti

İmtahana gəlməyənlərə İKİNCİ ŞANS

Bu il keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün sentybarın 16-da əlavə imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məluamata görə, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagirdin iştirakı gözlənilir.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə bu gündən çap edib götürə bilirlər. Şagirdlər “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini,

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.




Ana səhifəyə qayıt        Baxış: 1 155          Tarix: 12-09-2017, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma