Xəbər lenti

 

“Maarifçi” Tələbə Kredit Fondu artıq aztəminatlı ailələrdən olan tələbələrimizə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim olunur.

Fonddan Publika.az-a verilən məlumata görə, kredit almaq üçün müraciət tarixi sentyabrın 11-dən oktyabrın 13-dək müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.
Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qaldı. Təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin köhnə təhsil krediti müqavilələrinə də şamil olunmasındadır.
Kreditin verilməsi prosesinin elektron müraciət əsasında yerinə yetirilməsi və tələbələrin kredit tarixçələrini, baş verən yenilikləri şəxsi kabinetləri vasitəsilə izləmək imkanı rəsmiləşdirmənin şəffaflığını və vaxt itkisinin qarşısını almaqla, tələbələrin fondla bağlı dərsdən yayınma hallarını azaldır.
“Təhsilə diqqət, gələcəyimizə zəmanətdir” şüarını əsas götürən “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan bəri 3 elan sessiyası keçirmişdir. Bu müddət ərzində Fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə, 135 təhsil krediti müqaviləsi imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 1 153          Tarix: 15-09-2017, 19:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma