Xəbər lenti

 

Türkiyənin Bursa şəhərində yaşayan İlker Bayrak adlı şəxsin 4 kiloqram çəkisi, 66 sm boyu var. 
Medicina.az xəbər verir ki, 2005-ci ildə doğulan İlker  Silver- Russell sindromu (böyümə və inkişaf geriliyi) xəstəliyindən əziyyət çəkir. O doğulduqdan sonra valideynləri tərəfindən xeyli həkimə aparılıb. Sonda İlkerdə dünyada milyonda bir görülən inkişafdan geri qalma xəstəliyinin olduğu aşkarlanıb. 
İlkerin sözlərinə görə, onu ilk dəfə görənlər təəccüblənir: 
"İnsanlar məni tez sevir. Müəllimlər evə gələrək mənə təhsil verirlər. Ailəmi, dostlarımı və müəllimlərimi çox sevirəm".
14 yaşlı qeyri-adi adam ən böyük xəyalının Türkiyə prezidenti Ərdoğanı və qapıcı V. Demireli görmək olduğunu bildirib.
Atasının sözlərinə görə, İlker doğularkən 850 qram ağırlığında olub və 100 gün küvəzdə saxlanılıb. Daha sonra diaqnozu bəlli olub. Türkiyədə belə doğulan sadəcə 3 uşaq var. Onlardan biri dünyasını dəyişib: "Biz bu baxımdan çox şanslıyıq. Oğlum həyatdadır və ailəmizin sevinc mənbəyidir”. 
 
 



Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 7-10-2019, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma