Xəbər lenti
 

Ningirsu Şumer şəhəri Laqaşın və bütün su kanallarının tanrısı idi. Ningirsu “Girsunun sahibi” deməkdir. Su kanallarının tanrısının adı “Gur su “ ifadəsini xatırlatmırmı?

Ningirsu; Dingir - Mahla Enlilin oğludur. Şirbaşlı Anzud qartalı onun emblemidir. Xanımı tanrıça “Baba”dır. “Baba” Gök tanrı Anunun qızıdır. Çox qədim tarixi olan büstündə başında hökmdarlıq rəmzi olan tiara ilə təsvir edilib. Yaradıcı Ana tanrıça “Baba” bərəkət , məhsuldarlıq, xəstələrə şəfa verən, anaların və doğumun himayədarıdır. Şumer Günəş tanrısı Utunun adlarından biri də Babbardır. Bu gün dilimizdə “Baba” ilə bağlı bir çox sözlər, ziyarətgahlar və toponimlər var.  

 
Salyan rayonu ərazisində Babazənən yüksəkliyi və Babazənən bulağı var. Yəni bizdə “baba “ deyəndə kişi nəzərdə tutulsa da burada “Babazənən”, yəni qadın cinsli “Baba"dan söhbət getdiyi bilinir . Rus dilində isə “baba”, “babuşka” sözü, “babulya”, “babye leto “, bizdə isə “bacı”, atanın bacısına “bibi” demək ifadəsi elə qadın cinsində işlədilir. “Baba” dağ həm də Quba və İsmayıllı rayonları ərazisində Böyük Qafqaz dağının 3632 metr yüksəkliyi olan zirvələrindən biridir. Özbəkistanda Surxandarya vilayətində “Babataq”, Krımın Canköy rayonunda “Babatau”, Makedoniya, Yunanıstan, Əfqanıstan və Serbiyada “Baba” dağ oronimi var. Bəlkə “Baba” nə vaxtsa kult olub? Babil şəhəri, Babil qülləsi, Bibliya, eramızdan 4000 il əvvəl Baal məbədinin yerləşdiyi və İsidanın Osirisi qutunun içərisində tapdığı yer, yəni “Bibl – Biblos” şəhəri, Lerik rayonunda “Bobogil” ziyarəti, Maştağada “Ağal Bəbə” ziyarəti (indi onun “Ağa Əli Baba” kimi ola biləcəyi fikrini irəli sürürlər), “Baba” dağda Həzrət “Baba” ziyarəti, Laçın rayonunda “Ağ Baba” və ya “Ağa Baba” piri, “Bibiheybət” piri, Şəkidə “Babaratma” piri, Xarkovda “Baba” çayı, Egey dənizində “Baba” burnu, Sum vilayətində “Baba” kəndi, “Baba Bakal” Hindistanda kənd, Skif tanrısı “Babay”, “Baba” kultunun yadigarı ola bilməzmi? Bəlkə “Baba” kult olub, ona görə müxtəlif coğrafiyalarda “Baba” ifadəsi bu qədər geniş yayılıb? Baba Yaqa isə bəlkə həmin kulta inamın azaldığı dövrünün personajıdır?
Düşünməyə dəyər...


Firəngiz Rüstəmova



Ana səhifəyə qayıt        Baxış: 2 304          Tarix: 2-04-2017, 08:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma