Xəbər lenti

 Yapon alimlər qravitasiyanın zamana təsirini öyrənmək məqsədilə eksperiment keçirməyi planlaşdırırlar.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu məqsədlə alimlər yüksək dəqiqliyə malik saatları yer səviyyəsində və Tokyo Sky Tree qülləsinin 450 metr hündürlükdə olan baxış meydançasında yerləşdirməyi nəzərdə tuturlar.

Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən, qravitasiyanın təsiri zəiflədikcə zaman daha sürətlə keçir. Həmin nəzəriyyəni əsas götürən alimlər düşünürlər ki, 450 metr hündürlükdə olan saat aşağı qravitasiyaya malik yer səviyyəsində quraşdırılacaq saata nisbətən daha sürətlə işləyəcək.

Yapon tədqiqatçılar bildiriblər ki, eksperiment zamanı istifadə olunacaq saatlar yüksək dəqiqliyi ilə seçilir və hətta hündürlük bir santimetr həddində dəyişdikdə belə fərqi qeydə alır.




Ana səhifəyə qayıt        Baxış: 796          Tarix: 25-11-2017, 21:37      


Paylaş:   

Ən çox oxunanlar